Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) açdığı işə müdaxilə etmək qərarına gəldiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, H. Fidan qərarı İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransında bəyan edib.
O, Türkiyənin Cənubi Afrikanın 2024-cü il yanvarın 3-də etdiyi müraciəti müsbət qarşıladığını bildirib, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyənin işə necə müdaxilə edə biləcəyi ilə bağlı araşdırmalar aparıldığını, digər ölkələrin də necə müdaxilə edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.
“İndiyə qədər yalnız iki ölkə - Nikaraqua və Kolumbiya bu mövzuda konkret mövqe sərgiləyib və müraciət edib. Qiymətləndirmələrimiz nəticəsində bunu prezidentimizə təqdim etdik və alınan siyasi qərara uyğun olaraq, Türkiyə Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə müdaxilə etmək qərarına gəldi. Tədqiqatımızın hüquqi mətni tamamlandıqdan sonra bu siyasi qərarı praktikada tətbiq etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciətimizi edəcəyik” - nazir qeyd edib.
Qeyd edək ki, Türkiyə 1948-ci il Soyqırımı Konvensiyasının tərəfi olduğu üçün 63-cü maddədən istifadə edərək işə müdaxilə edə bilər. Türkiyənin tərəf olması ilə işin legitimliyinin artacağı və Ankaranın bu addımının digər ölkələrə nümunə olması baxımından əhəmiyyətli olacağı bildirilir.
Cənubi Afrika Respublikasının müraciəti ilə Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsi 26 yanvarda Qəzzada soyqırımın qarşısının alınması üçün İsrailə müvəqqəti göstəriş elan etmiş, lakin atəşkəs çağırışı etməmişdi.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ