Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 maqnitudalı zəlzələ olub.
Musavat.com xəbər verir ki, yerli vaxtla 08.44-də qeydə alınan yeraltı təkanlar Türkiyənin Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib.
Zəlzələ nəticəsində dağıntı və itkinin olmadığı bildirilir.
Qeyd edək ki, Adana 6 fevralda Kahramanmaraşda baş verən güclü zəlzələlərdə dağıntıya məruz qalıb.
Musavat.com
@@TVmusavat/65699@@
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ