İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gərginliyi azaltmaq üçün İLK ADDIM atıldı - Serbiya və Kosova...

Xəbər verdiyimiz kimi, keçmiş serb polisi Deyan Pantiçin saxlanması Kosovo ilə Serbiya arasında gərginliyi artırıb. Pantiçin saxlanmasına cavab olaraq kosovo serbləri dekabrın 10-dan bəri Bernjak sərhəd keçidlərində barrikadalar qurublar.

Musavat.com xəbər verir ki, günlərdir davam edən böhranda gərginliyi azaltmaq üçün ilk addım atılıb.

Kosovonun polis məmuru Pantiçi həbsxanadan çıxarıb ev dustağı edəcəyini açıqlamasından sonra 19 gündür yolları bağlayan Kosovo serbləri barrikadaları qaldıracaqlarını bildiriblər.

63ad21334e3fe01f00a0ee3f.jpg (55 KB)

Serbiyanın Raska qəsəbəsində Kosovo serbləri ilə görüşən Serbiya prezidenti Aleksandr Vuçiç də barrikadaların aradan qaldırılmasına qərar verildiyini, lakin bunun bir müddət çəkəcəyini bildirib. Barrikadaların götürülməsinin gərginliyi azaldacağı gözlənilir.

ABŞ və Aİ iki tərəf arasında son aylarda gərginliyin artmasından sonra işə qarışıb və hər iki tərəfi gərginliyi azaltmağa çağırıb.

Serbiya lideri Vuçiç də bildirib ki, ABŞ və Aİ barrikadalar quran Kosovo serblərinin cəzalandırılmayacağına zəmanət verib.

63ad21fc4e3fe01f00a0ee41.jpg (102 KB)

Qeyd edək ki, bir neçə gün əvvəl Serbiyanın müdafiə naziri Miloş Vuçeviç prezident Aleksandr Vuçiçin orduya “hazır ol” əmri verdiyini və Serbiya silahlı qüvvələrinin ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb. Müdafiə nazirinin sözlərinə görə, Kosovoda serblərin yaşadığı ərazilərə silahlı hücumlar və blokadalar nəticəsində həyəcan vəziyyəti yaranıb. 

Vuçeviç xüsusi silahlı qüvvələrin hazırkı sayının 1500-dən 5000-ə qədər artırılacağını və Serbiya Daxili İşlər Nazirliyinin bütün bölmələri ilə dərhal qərargah rəisinin tabeliyinə keçəcəyini açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR