İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Fransanın "qara günləri" başlayır - Sabahdan etibarən...

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə ölkə boyu keçirilən kütləvi tətillər və etirazlar sabah pik həddə çatacaq. Bu səbəbdən Fransanı “qara gün” gözləyir.

Musavat.com xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, ölkənin ən böyük həmkarlar ittifaqları sabah ümumi tətilə qərar verdikləri üçün həyat dayanacaq.

Başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla, demək olar ki, bütün sektorlar tətilə qoşulacaq.

0 (65).jpg (224 KB)

Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar xidmətlərində böyük fasilələr olacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq. Ölkənin daşıyıcı hava yolu şirkəti AirFrance da fövqəladə hallar nəzərə alınmadığı təqdirdə on uçuşdan ikisinin ləğv ediləcəyini açıqlayıb.

Kəşfiyyat mənbələri başda paytaxt Paris olmaqla ölkə daxilində təxminən 1,5 milyon adamın küçələrə çıxacağını təxmin edir, həmkarlar ittifaqları isə bu rəqəmin daha da çox olacağını açıqlayıb.

0 (64).jpg (68 KB)

Nəqliyyat naziri Klement Beaune "France 3" televiziyasına verdiyi açıqlamada tətillərin xüsusilə nəqliyyat sektoruna mənfi təsirini azaltmaq üçün evdən işləməyə çağırıb.

Digər tərəfdən ifrat solçu partiyadan olan deputat Lui Boyard lisey və universitetləri tətil və etirazlara dəstək olaraq məktəbləri bağlamağa, barrikadalar qurmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR