İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Fırtına başlayır - Zelenskinin müşavirindən ŞOK AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenskinin ən yüksək səviyyəli məsləhətçilərindən birinin bəyanatına görə, Kiyevin çoxdan gözlənilən əks-hücumu başlayıb.

Musavat.com xəbər verir ki, İtaliyanın Rai1 kanalına danışan Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiyanı Ukrayna sərhədlərinə geri itələmək əməliyyatının artıq başladığını bildirib.

Onun sözlərinə görə, 1500 kilometrlik sərhəddə şiddətli toqquşmalar var və proses artıq başlayıb.

Podolyakın hansı cəbhədə hansı hərəkətlərdən bəhs etdiyi bəlli deyil, ancaq Ukrayna əsgərlərinin şəhəri mühasirəyə almaq üçün Baxmutun ətrafına toplaşdığı məlumdur.

Poldayak uzun müddətdir planlaşdırılan əks-hücum haqda deyib:

"Bu, müəyyən vaxtda, müəyyən gündə başlayacaq bir hərəkət deyil. Bunlar dünən və bu gün edilən əks-hücumlardır və Rusiya qüvvələrini dəf etmək üçün sabah da davam edəcək".

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR