İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Əsgərimizlə bağlı NƏLƏR OLUR?

Musavat.com xəbər verir ki, Paşinyana yaxın media erməni kilsəsinin rəhbəri II Qareginin və arxiyepiskop Baqratın Ermənistanı böyük toqquşmaya və qan tökülməsinə hazırladığını iddia edir.

Məşhur "Bağramyan 26" Telegram kanalı bu barədə yazır: "Qaregin və Baqratın iki yolu var idi və onlar bu yollardan qan tökmək yolunu seçdilər. Baqrat artıq açıq şəkildə insanları küçələrə çıxmağa və polislə döyüşə çağırır.
Baqratın siyasi həyatı artıq bitir. İndi o, hamını qurban verməyə, küçələrdə qan tökməyə hazırdır".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR