İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistan qərar verdi - Bu il sentyabrın 1-dən...

Ermənistanda "Polis Mühafizəsi" statusu təyin olunacaq. Polis qüvvəsindən fərqli olaraq, "Polis Mühafizəsi" ikili statusu aradan qaldıran polis bölməsi olacaq.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın daxili işlər nazirinin müavini Arpin Sarkisyan hökumətin mayın 2-də keçirilən iclasında “Polis mühafizəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Polis haqqında yeni qanuna ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, dövlət mühafizəsi altında olan obyektlərin mühafizəsi, xüsusi yüklərin daşınmasının təmin edilməsi, xüsusi dövlət mühafizəsi altında olan şəxslərin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərilməsi, hərbi əməliyyatları həyata keçirən orqanlara dəstək verilməsi, cinayət işləri, hərbi və fövqəladə rejimlərin həyata keçirilməsinə köməklik kimi vəzifələr daxildir.

Arpin Sarkisyan deyib ki, "Polis Mühafizəsi" tamamilə yeni struktur kimi formalaşacaq. Nazir müavini əlavə edib ki, struktur polis rəisinin ümumi rəhbərliyi altında, birbaşa Polis Mühafizəsi komandirinə tabe olacaq:

l-33x0wh-1854x1080z-0.4241.jpg (219 KB)

“Polis İdarəsi tamamilə yeni struktur kimi yaradılacaq və heç bir polis qüvvəsinin davamı olmayacaq. O, aşağıdakı polis bölmələrinin əsasında yaradılacaq: Polis korpusu, Polisin Dövlət Mühafizəsi Baş İdarəsi, Yol polisinin müşayiət bölməsi, müxtəlif polis bölmələrində xüsusi bölmələr və cinayət polisi”.

Arpine Sarkisyanın sözlərinə görə, İrəvandan başqa, respublikanın 3 hissəsində ərazi bölmələri olacaq: şimal, mərkəzi, cənub. Bütün respublikanı əhatə edən ictimai asayiş və təhlükəsizlik bölmələri, habelə dövlət təhlükəsizliyi və cinayət-prosessual bölmələri fəaliyyət göstərəcək.

Qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək və təxminən 6 aylıq sınaq dövrü olacaq. 2025-ci il yanvarın 10-na kimi Polis Mühafizəsi komandirinin təyin edilməsi, bundan sonrakı iki ay ərzində isə strukturun tam formalaşdırılması planlaşdırılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən qanun layihəsinin Ermənistan üçün çox vacib olduğunu qeyd edib.

"Hökumət polis islahatları ilə bağlı tempi inkişaf etdirmir, lakin bu cür layihələrin həyata keçirilməsində ardıcıllıq nümayiş etdirir" - Paşinyan deyib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR