Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin bugünkü iclası kifayət qədər emosional başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli deputatlar Qarabağda ölən erməni əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyiblər. Bundan sonra müzakirələrdə parlament üzvləri bir-birlərinin ünvanlarına ittiham və təhqir yağdırmağa başlayıblar.
Xəbər verdiyimiz kimi, müxalifətdə olan “Ermənistan” blokunun katibi Artsvik Minasyan hakimiyyəti öz günahını ört-basdır etməkdə suçlayıb.
Paşinyanın partiyasının deputatı Vahan Aleksanyan cavabında Minasyana “antimilli siyasətdən danışanda hakim çoxluğa yox, müxalifətə baxmalı olduğunu” deyib. O, Qarabağda (rus sülhməramlılarının nəzarət zonasında-red.) yerli “müxalifətin” “hakimiyyəti ələ keçirdiyini” və daha sonra olduqca tez bir zamanda təslim olduğunu xatırladıb.
“Siz “Artsax”ın (qondarma-red.) Rusiyanın simasına güclü müttəfiq əldə etdiyini deyirdiz, bəs bu müttəfiq haradadır?” - deyə Aleksanyan soruşub. Erməni deputat müxalifətçiləri xarici dövlətin agentləri adlandırıb.
Daha sonra hakim partiyadan Gevork Papoyan çıxış edib. O, daha da irəli gedərək tarixin cəngəlliklərində, hətta Batum müqaviləsinə qədər gedib çıxıb. Papoyan müxalifətin əsl niyyətinin Ermənistanda hakimiyyəti ələ keçirmək olduğunu deyib. Papoyan Qarabağ separatçıları arasında “müxalifətin” uğur qazandığını və bunun nəticələrini hər kəsin gördüyünü vurğulayıb. “Təslimiyyət dediyiniz şey budur. 2020-ci ilin noyabrında Ermənistan təslim olma haqqında sənədi imzalamadı. Bu, Ermənistan üçün pis şərtlərlə hərbi əməliyyatların dayandırılması haqqında sənəd idi, lakin siz təslim olmağa imza atdınız”, - deyə o, söyləyib.
Müxalifətdə olan “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan isə Qarabağ separatçılarının rəsmi təslim olmasını baş nazir Nikol Paşinyanın Praqada açıqlamaları ilə bağlayıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ