İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanın ilk 3 hədəfi BƏLLİ OLDU - Türkiyədə yaxın gələcəkdə bunlar olacaq

Yeni dövrə sürətli start verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üç prioritet hədəfi var:

1- İqtisadiyyatda inam və sabitlik üçün addımlar atılacaq.

2- Bir il ərzində 1 milyon suriyalı geri qaytarılacaq.

3- Zəlzələ bölgələrində 650 min ev tikiləcək.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turundan qalib çıxdıqdan sonra verdiyi ilk açıqlamada iqtisadiyyatla bağlı mühüm mesajlar verib.

647538364e3fe10c1886ffd2.jpg (58 KB)

O bildirib ki, inflyasiyanın səbəb olduğu qiymət artımlarının yaratdığı problemləri aradan qaldırmaq və rifah itkisini kompensasiya etmək qarşıdakı günlərin ən aktual məsələsidir və onların həlli çətin deyil. Buna uyğun olaraq, yeni dövrdə iqtisadiyyatda yaşanan problemlərin aradan qaldırılması üçün yeni addımların atılması nəzərdə tutulur. Yeni dövrdə investisiya, məşğulluq, istehsal və ixraca diqqət yetiriləcək. Ərdoğanın iqtisadiyyatda prioritetləri arasında inflyasiyanın azaldılması üçün yeni qərarların qəbulu, icarə haqqının həddindən artıq artımının qarşısının alınması üçün tədbirlər, iqtisadiyyatda sabitliyin və etimadın təmin edilməsi kimi mövzular var.

Seçki prosesi zamanı daim gündəmdə olan suriyalıların geri qaytarılması məsələsi prezident Ərdoğanın yeni dövrdə atacağı prioritet addımlar sırasındadır.

647538044e3fe10c1886ffcb.jpg (64 KB)

Ərdoğan bu günə qədər 600 min suriyalının ölkələrinə qayıtdığını açıqlayıb, digər suriyalıların geri dönüşünü sürətləndirmək üçün yeni addımlar atılacaq. Bu addımlardan biri İdlibin şimalında briket ev (çadırlarda yaşayan ailələr üçün alternativ olaraq hazırlanmış evlər - red.) layihələri ilə atılır. Suriyalıların geri qayıtması üçün indiyədək İdlibin şimalında təxminən 107 min briket ev tikilib. Burada tikinti işlərinin tez bir zamanda başa çatdırılması üçün işlər sürətləndiriləcək. Bundan əlavə, Suriyanın şimalında Fərat Qalxanı və Sülh Pınarı əməliyyatı bölgəsində təyin olunan 9 bölgədə tikiləcək mənzillərə suriyalıların geri qayıtması üçün şərait yaradılacaq. Bu layihənin bütün maliyyələşdirilməsi Qətər İnkişaf Fondu tərəfindən qarşılanacaq. Bir neçə il ərzində 240 min daimi yaşayış yerinin tikilməsi planlaşdırılır. Beləliklə, 1 milyon suriyalının bu bölgələrə köçürülməsi hədəflənir. Layihəyə, həmçinin sənaye zonaları, ticarət obyektləri, istehsal müəssisələri, sosial obyektlər, məktəblər, xəstəxanalar və ibadət yerləri daxildir.

Ərdoğanın yeni dövrdə ilk işlərindən biri zəlzələ baş vermiş bölgələrdə evlərin tikilməsi olacaq.

6475381f4e3fe10c1886ffcf.jpg (92 KB)

Fevralın 6-da baş vermiş və 11 vilayətə təsir etmiş Kahramanmaraş mərkəzli zəlzələlərin izlərinin silinməsi və dağılmış şəhərlərin bərpası istiqamətində atılan addımlar sürətləndiriləcək. Bu çərçivədə zəlzələ bölgəsində 143 mini kənd evi olmaqla 650 min yeni evin tikintisi nəzərdə tutulur. Bu mənzillərdən 319 mini bu ilin oktyabr-noyabr aylarında təhvil veriləcək. Daimi yaşayış binalarının tikintisi sürətləndiriləcək. Zəlzələ zonasında yaşayış yerləri ilə yanaşı, məktəblər, sağlamlıq mərkəzləri, bazarlar və kiçik sənaye sahələri də tikiləcək, yaşıllıqlar salınacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR