İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan açıqladı: Rusiya qoşunları bu tarixdən Qarabağdan çıxarılacaq

"2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

"Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR