İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Əməliyyat başladı: "Addım atmağa qərar verdik" - ŞOK

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyata başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Dayf açıqlayıb.

O, “Əqsa tufanı” əməliyyatının ilk mərhələsində İsrailə doğru təxminən 5 min raket atdıqlarını bildirib.

"İsraillə təhlükəsizlik koordinasiyasının sona çatdı. Fələstin xalqı yenidən inqilab edərək dövlət qurma layihəsinə qayıdır. İsrailə qarşı addım atmağa qərar verdik və ''Əqsa tufanı'' əməliyyatına başladıq" - Dayf deyib.

Qeyd edək ki, dünən İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Son məlumatlara görə, HƏMAS-ın İsrailə hücumu nəticəsində 300 nəfər ölüb, yaralananların sayı 1500 nəfərə çatıb, əsir götürülən çox sayda insan Qəzzaya aparılıb.

İsraildə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR