İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Daha bir ölkədən TÜRKİYƏ QƏRARI -73 il keçsə də, o yaxşılığı unutmadılar

Dünya episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaralarını sağaltmağa çalışan Türkiyə üçün səfərbər olub.

Musavat.com xəbər verir ki, Cənubi Koreyadan gələn xəbər Seulun 73 il əvvəl Türkiyənin etdiyi yardımı unutmadığına dair şərhlərin verilməsinə səbəb olub. 

Cənubi Koreya prezidenti Yoon Suk Yeol hökumətə Türkiyəyə kömək əmri verib.

63ea1cae4e3fe02ee822c100.jpg (71 KB)

Cənubi Koreya Prezidentinin sözçüsü Li Do Vun verdiyi açıqlamada dövlət başçısının "qan müttəfiqi və qardaş millət" olan Türkiyəyə maksimum dəstək əmri verdiyini söyləyib.

"Türkiyənin hazırda ən çox ehtiyac duyduğu şeylər çadırlar, dərmanlar, tibbi ləvazimatlar və elektrik avadanlığıdır. Xarici işlər, müdafiə və sənaye nazirlikləri də daxil olmaqla, hər bir nazirliyin bütün mövcud resursları səfərbər etməsini və mümkün qədər çox yardım təchizatı təmin etməsini təmin edin" - Cənubi Koreya prezidenti deyib.

Digər tərəfdən, Yoon Suk Yeol nazirlikləri Türkiyəyə təkcə təcili yardım deyil, həm də yenidənqurma dəstəyi üçün hərəkətə keçməyə çağırıb. 

Qeyd edək ki, Türkiyə 73 il əvvəl müharibədən əziyyət çəkən Cənubi Koreyaya qoşun yeridib. Türkiyə ordusu işğal altındakı Cənubi Koreyaya göndərilən beynəlxalq hərbi qüvvələrin tərkibində idi. 3 il davam edən müharibə 200 minə yaxın insanın ölümünə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR