İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Çavuşoğludan iddialara cavab - Türkiyə sərhəd qapıları...

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə birgə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, Çavuşoğlu sərhəd qapılarının suriyalıların üzünə açıldığı iddialarına münasibət bildirib.

“PKK, YPG-nin nəzarətində olan yerdə qapının açılmasından söhbət gedə bilməz” - türkiyəli nazir deyib.

XİN başçısı sözlərinə belə davam edib:

"Bizim əleyhimizə olanlar ola bilər, tənqid təbiidir, amma ictimaiyyəti provakasiya etmək üçün yalan məlumat yaymaq xoş niyyət deyil. Bizdən soruşsunlar, biz düzgün məlumat veririk. Bu qapıların açıq olması sırf humanitar yardımların gəlməsi üçündür. Yalan məlumat yaymaq xoş niyyət deyil. Bu məsələ zəlzələlərə aiddir. Suriyaya da təsir göstərdi. Beynəlxalq ictimaiyyətə təşəkkür edirəm. Bu yardımın bir hissəsi birbaşa havadan keçir. BMT-nin humanitar yardımı isə illərdir gömrük qapılarından keçir".

Çavuşoğlu,bildirib ki, Belçika Suriyadakı suriyalıları öz ölkələrinə qaytarmaq istəsə, Türkiyə onlara kömək edəcək:

"Həm Türk Hava Yolları, həm də digər özəl şirkətlərimizə aid olan təyyarələrimiz zəlzələ bölgələrinə yardım edir, bölgəni tərk etmək istəyənləri də geri qayıdarkən pulsuz aparırlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR