İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu ölkədən ŞOK ADDIM - Siqnallar işə düşdü, gərginlik artdı

Son vaxtlar hərbi xərclərini xeyli artıran Şimali Koreyadan Yaponiyanı təşvişə salan addım gəlib.

Musavat.com xəbər verir ki, Yaponiya Şimali Koreyanın raket təlimindən sonra həyəcan vəziyyətinə düşüb. Şimaldakı Hokkaydo adasında sirenlər səsləndiyi üçün hökumət fövqəladə vəziyyət elan edib.

Camaatı sığınacaqlara getməyə çağıran səlahiyyətlilər daha sonra fövqəladə vəziyyət elanını ləğv ediblər. Baş nazir Fumio Kişida raketin Yaponiya torpaqlarına düşmədiyini bildirib.

Yapon rəsmiləri erkən xəbərdarlıq sistemində heç bir qüsur olmadığını və Hokkayda ictimaiyyətinə edilən çağırışın məqsədəuyğun olduğunu bildiriblər.

Sahil mühafizəsi raketin dənizə düşdüyünü açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya bu il raket təlimlərini intensivləşdirib.

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edərək, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb.

Kim bunun çəkindirici bir hərəkət olacağı iddia edib: “Şimali Koreyanın nüvə gücü və yüksək döyüş hazırlığı düşməni ehtiyatsız hərəkətlərdən və təxribatlardan çəkindirəcək, onlara nəzarət edəcək, istiqamətləndirəcək, həmçinin istənilən arzuolunmaz vəziyyətdə öz mühüm vəzifəsini tərəddüd etmədən yerinə yetirəcək”.

Şimali Koreya liderinin bu bəyanatı dünyada yeni müharibə qorxusunu artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR