Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso hökumətin iclasından sonra açılan atəş nəticəsində yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Slovakiyanın teraz.sk nəşri məlumat yayıb.
“Pravda” nəşrinin məlumatına görə, atəş açan şəxs saxlanılıb, hadisənin motivləri açıqlanmayıb.
Robert Fitso təcili olaraq Bratislavadakı xəstəxanaya aparılıb. Bəzi məlumatlara görə, o, döş qəfəsindən və mədəsindən yaralanıb.
Xatırladaq ki, Slovakiyanın baş naziri mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdi.
@@TVmusavat/85677@@
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ