İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu ölkə Türkiyənin yanında PİS DURUMA düşdü - Yalanlar ORTAYA ÇIXDI

Finlandiya rəsmi olaraq NATO-ya üzv olduqdan sonra dünyanın diqqəti İsveçə yönəlib.

Musavat.com xəbər verir ki, tənqid oxlarının hədəfi olan baş nazir Kristersson uğursuzluqda günahlandırılır. Ölkədə gərginliyin yaşandığı bir vaxtda ortaya çıxan sənədlər onun hökumətinin yalanını ortaya çıxarıb.

İsveç Ədliyyə Nazirliyi ötən il Türkiyə məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilən 29 yaşlı Türkiyə vətəndaşı Ömər Altunun ekstradisiyasını qəbul etdiyini bildirib. Nazirlik vurğulayıb ki, ekstradisiya yalnız Ömər Altunun Türkiyəyə qayıtdıqdan sonra yenidən mühakimə olunması şərti ilə qəbul edilir.

İsveç dəfələrlə öz məhkəmə sisteminin müstəqil olduğunu və ekstradisiya ilə bağlı son sözü məhkəmə sisteminin deyəcəyini vurğulayıb. Lakin İsveç Ədliyyə Nazirliyindən alınan sənədlə hökumətin əks istiqamətdə getdiyi üzə çıxıb.

642fa46c4e3fe00e38e0e1e5 (2).jpg (39 KB)

Ankaranın “silahlı terror təşkilatı” üzvü olmaqda şübhəli bildiyi 51 yaşlı İsveç vətəndaşı Mehmet Zakir Karayelin ekstradisiya tələbi Stokholm hökuməti tərəfindən rədd edilib. Hökumət imtinaya səbəb kimi həmin şəxsin İsveç vətəndaşı olmasını göstərib.

Bildirilib ki, hökumət terrorda ittiham olunan və Türkiyənin ekstradisiyasını tələb etdiyi şəxsin İsveç vətəndaşı olduğu üçün təhvil verilməsinə yox deyir.

Qeyd edək ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

Rasmus Paludanın bu qalmaqallı hərəkəti NATO ölkəsi olmaq istəyən Stokholma baha başa gəlib. Finlandiya ilə birlikdə ittifaqa üzv olmaq üçün müraciət edən İsveç hələ də Türkiyənin razılığını almayıb.

Bundan başqa, Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklərinə, o cümlədən PYD/YPG və FETÖ-yə dəstək verməyəcəklərinə söz verib. Finlandiya Türkiyədən təsdiq alıb alyansa qoşulsa da, İsveç Ankaraya verdiyi sözü hələ tutmadığı üçün kənarda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR