Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Xarici İşlər Nazirliyi Britaniyanın Livandakı səfirliyinin əməkdaşlarının ailə üzvlərini Yaxın Şərqdən çıxarıb. Musavat.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Böyük Britaniyanın Beyrutdakı səfirliyində çalışan məmurların ailələri müvəqqəti olaraq bölgədən uzaqlaşdırılıb: “Səfirlik Britaniya vətəndaşlarına xidmət göstərmək də daxil olmaqla, mühüm işləri yerinə yetirməkdə davam edir. Britaniya vətəndaşları indi Livanı tərk etməlidirlər".
Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, London səfirliyin işinə və təhlükəsizliyinə kömək etmək üçün Livana əlavə diplomatik heyət və hərbi personal göndərib. Bundan əlavə, RFA Cardigan Bay desant gəmisi və HMS Duncan esminesi Aralıq dənizinin şərqindədir və Krallığın Hərbi Hava Qüvvələri nəqliyyat helikopterlərini hazır vəziyyətdə saxlayır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ