Onlayn ictimai-siyasi qəzet
Bakının Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18 500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb.
![]()
O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar.
![]()
Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ