Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda revanşizm tarix boyu yüksək həddə olub. Hər zaman sülhün tərəfdarı olduqlarını bəyan etsələr də, əməldə həmişə bunun əksi görünüb”.
Bunu Musavat.com-a hərbi ekspert Alp Arslan İmamqulu deyib.
Onun sözlərinə görə, Ermənistandakı “Xaçlılar” dəstəsinin komandiri Sarqis Poqosyanın təhdid xarakterli çıxışı bütün erməni xalqına baha başa gələ bilər:
“44 günlük Vətən müharibəsində Azərbaycan ermənilərə yerlərini göstərdi. Onlara xatırlatmaq lazımdır ki, biz işğal edilmiş ərazilərimizi azad etdik, amma itirilmiş torpaqlarımız daha çoxdur. Bura indiki Ermənistan Respublikasının ərazisi də daxildir. Bizə qarşı hər hansı revanşizm, təhdid olarsa, cavab sərt olacaq. Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti məlumdur. Onlar Ali Baş Komandandan müvafiq təlimat və əmrləri alıblar. Azərbaycan sərhədlərini və ümumiyyətlə, təhlükəsizliyimizi pozacaq hər hansı cəhdin qarşısı alınacaq".
Ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri qisası tamamlamaq üçün “Poqosyanların” təhdid tipli cəhdlərini gözləyir.
Qeyd edək ki, Ermənistandakı “Xaçlılar” dəstəsinin komandiri Sarqis Poqosyan Azərbaycanı təhdid edib. Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, Sarqis Poqosyan bu gün İrəvanda keçirilən aksiyada bildirib ki, Ermənistan hakimiyyətinə və Azərbaycan tərəfinə saat 18:00-a kimi vaxt verib: "Əks halda biz mitinq iştirakçıları olaraq, Laçın dəhlizinə yürüş edəcəyik və yolda hərəkəti özümüz bərpa edəcəyik".
Nigar HƏSƏNLİ,
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ