İnsanlara hürriyət, millətlərə istiqlal!

Piylənmə və diabetin hansı xəstəliyin gizli nəticələri olduğu bilindi

Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə və şəkərli diabetə daha çox meyilli olurlar.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Tibb Elmləri Namizədi, Piroqov Universitetinin Psixiatriya və Tibbi Psixologiya kafedrasının dosenti İrina Kireyeva "RİA Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 30 min yetkin pasiyentin iştirakı ilə aparılan araşdırmalar nəticəsində DƏHS olan insanlarda həm psixi, həm də fiziki sağlamlıq problemlərinin daha geniş yayıldığı müəyyən edilib.

"Tədqiqatlar göstərib ki, bu insanlar arasında piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri daha çox müşahidə olunur. Bunun səbəbi qeyri-sağlam həyat tərzi, xroniki stres, yanaşı psixi pozuntular və ümumi genetik amillərlə bağlı ola bilər", - deyə Kireyeva qeyd edib.

O əlavə edib ki, DƏHS olan uşaqların 87 faizi komorbid - yəni yanaşı gedən - psixi pozuntulardan əziyyət çəkir. Bu sindromun simptomları həmçinin depressiya, maniakal epizodlar, narahatlıq halları, bipolyar affektiv pozuntu, autizm və şəxsiyyət pozuntusu kimi digər psixi xəstəliklərdə də rast gəlinir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR