İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Avropa İttifaqı hərəkətə keçdi - Martın 16-da...

Avropa İttifaqının (Aİ) müddətli sədri, İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün beynəlxalq ictimaiyyətdən ianə toplamaq məqsədilə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək konfransın tarixini açıqlayıb.

Musavat.com xəbər verir ki, konfrans martın 16-da keçiriləcək.

Billström AB sədrliyi dövründə İsveçin "dağıdıcı zəlzələ ilə mübarizə aparmaq məqsədilə Türkiyə və Suriya üçün əlindən gələni edəcəyini" bildirib. 

Tobias Billström konfransın Aİ Komissiyası ilə birlikdə keçiriləcəyini və zəlzələnin ağır nəticələrini mümkün qədər yumşaltmağı hədəflədiyini bildirib.

İsveç Xarici İşlər Naziri deyib: "Biz bu konfransda yüksək səviyyədə iştirak gözləyirik, həmçinin Türkiyə və Suriya xalqı üçün əlimizdən gələni etmək üçün daha çox pul yığacağımıza ümid edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR