İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Araik başının dəstəsi ilə İrəvana gedir

Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın başçılıq etdiyi “işçi heyəti” Ermənistan hakimiyyəti ilə “Artsax” və Ermənistan Respublikası ətrafındakı vəziyyəti müzakirə etmək üçün İrəvana gedəcək.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan deyib ki, səfərin əsas məqsədi oktyabrın 6-da Praqada qəbul edilmiş bəyanatı müzakirə etməkdir. Vurğulanır ki, qəraraəsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər və bu bəyanat vasitəsilə bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. “Nümayəndə heyəti”nə Artur Tovmasyan, David Babayan, Vahram Balayan və Masis Mailyan daxildir. Müzakirənin təfərrüatları və gündəliyi daha sonra açıqlanacaq.

Qeyd edək ki, ötən gecə Xankəndidə A.Arutyunyanın ofisi qarşısında aksiya keçirilib. Ermənilər Arutyunyanla görüş tələb etsələr də, bu, alınmamışdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR