İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ailəsini qətlə yetirən Əhmədlə bağlı ŞOK QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə yekun qərar verilib.

Musavat.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.

Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini istəyib.

Əhməd Əhmədov məhkəmənin qərarı ilə bağlı danışmayıb, son sözündə heç nə deməyib. Hər hansı sözünün olmadığını bildirib.

Yekun qərarla, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

@@TVmusavat/98003@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR