İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların HƏBSİ Kılıçdaroğlunu özündən çıxardı - Qəyyumları tarixə göməcəyik!

Keçmiş CHP başqanı Kemal Kılıçdaroğlu Tunceli və Ovacık bələdiyyələrinə qəyyum təyin edilməsinə sosial media hesabından sərt reaksiya göstərib.

Musavat.com-un xəbərinə görə, Kılıçdaroğlu paylaşımında qeyd edib:

“Dünən də, bu gün də, sabah da xalqın iradəsini ələ keçirən qəyyumlardan yanayıq! Tək adam rejimi səbəbdir, qəyyumlar isə nəticədir! Əvvəlki qəyyumlar kimi, bu gün də Tunceli və Ovacık bələdiyyələrinə təyin edilən qəyyumları tarixə göməcəyik! Sıraları sıxlaşdıraq, dostlar! Mübarizə apararaq həm tək adam rejimindən, həm də qəyyumlardan xilas olacağıq”.

Məlumata görə, dünən Tunceli 1-ci Ağır Cinayətlər Məhkəməsi “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə Tunceli bələdiyyə başqanı Cevdet Konak və Ovacık bələdiyyə başqanı Mustafa Sarıgülə 6 il 3 ay həbs cəzası verib. Türkiyə Daxili İşlər Nazirliyi Cevdet Konak və Mustafa Sarıgülün yerinə qəyyum təyin edildiyini açıqlayıb.

Belə ki, Konakın yerinə Tuncelinin valisi Bülent Tekbıyıkoğlu, Sarıgülün yerinə isə Hüseyn Şamil Sözen qəyyum təyin edilib.

Kemal Kılıçdaroğlu isə bu təyinatlara kəskin mövqe bildirib.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR