İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Aİ və BMT-dən İrana SƏRT REAKSİYA: "Dayandırın!"

İranda Məhsa Əmini etirazları zamanı nümayişçinin İnqilab Keşikçiləri Korpusunun üzvü Besiçi yaraladığına görə edam cəzasına məhkum edilməsindən sonra Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası edamların dərhal dayandırılmasını tələb edib.

Musavat.com xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən yazılı açıqlama verilib.

“Bu gün 23 yaşlı Muhsin Şikari İranda davam edən etirazlarla əlaqədar həbs olunduqdan sonra edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini ölüm hökmü tətbiq etməkdən çəkinməyə, gələcək edamlardan qaçmağa və ölüm hökmünün tamamilə ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır" - açıqlamada bildirilir.

Aİ İranı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktdakı öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağırıb.

Aİ-nin hər zaman və birmənalı şəkildə ölüm hökmünün əleyhinə olduğu bildirilən bəyanatda bunun qəddar və qeyri-insani bir cəza olduğu vurğulanıb və onun heç bir çəkindirici təsiri olmadığı qeyd edilib.

BMT İnsan Haqları Şurasından verilən açıqlamada isə Şikarinin edamının kədərlə qarşılandığı bildirilib:

“Daha 11 etirazçının edam cəzasına məhkum ediləcəyindən narahatıq. Biz edamları dərhal dayandırmağa çağırırıq. Ölüm cəzası insan haqlarına ziddir və yaşamaq hüququ ilə uzlaşa bilməz".

Qeyd edək ki, Şikari Məhsa Əmininin öldürülməsindən sonra başlayan etirazlar zamanı İnqilab Keşikçiləri Korpusunun üzvü Besiçi yaraladığı səbəbi ilə oktyabrın 25-də həbs edilib, noyabrın 20-də isə ölüm cəzasına məhkum edilib. Şikari İranda bu etirazlarla bağlı edam edilən ilk nümayişçi olub. İranda Əmininin ölümündən sonra ölkə daxilində başlayan və təxminən 3 aya yaxın davam edən etirazlarda indiyədək həbs olunanlardan 11 nəfərİ edam hökmü çıxarılıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR