İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-a "soyuq duş" - Bayden "OPEC+"a YALVARIR

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi dünən ABŞ administrasiyasının "OPEC+"un neft hasilatını azaltma qərarının bir ay gecikdirilməsini istədiyini açıqlayıb və təxirə salınmanın “mənfi iqtisadi nəticələrə” səbəb olacağını vurğulayıb.

XİN başçısı Feysəl bin Fərhan ölkəsinin ABŞ ilə strateji əlaqələri olduğunu, lakin neft hasilatını azaltma qərarının iqtisadi səbəblərdən alındığını vurğulayıb.

Musavat.com “New York Post”a istinadən xəbər verir ki, bu bəyanat ABŞ ictimai rəyində zəlzələ effekti yaradıb.

NY Post açıqlamanı “Bayden neft üçün OPEC-ə yalvardı” başlığı ilə oxucularına çatdırıb.

“Səkkiz ayda artıq üçüncü dəfədir ki, Səudiyyə Ərəbistanı prezident Co Baydeni dünya səhnəsində bilərək aşağıladı. Mart ayında ərəblər Baydenin zənglərinə cavab vermədi. Avqust ayında o, krallığa şəxsi səfər etdi və onlardan neft hasilatını artırmağı xahiş etdi, onlar bundan imtina etdilər. Və cümə axşamı səudiyyəlilə bəyanat yayaraq, Bayden administrasiyasının neft hasilatının azaldılmasını seçkilərə qədər təxirə salmağı tələb etdiyini açıqladı" - xəbərdə bildirilir.

Xatırladaq ki, OPEC+ ölkələri nazirləri noyabrdan etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaqla bağlı qərar qəbul ediblər.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

Bu qərardan sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi bu qərarı tənqid edib:

“Hasilatın azaldılması Ukraynanı işğal edən Rusiyanın gəlirlərini artıracaq və sanksiyaların effektivliyini azaldacaq”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR