İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! 3 rayon şöbəsində əməliyyat: saxlanılan var - YENİLƏNİB

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti əməliyyat barədə ətraflı məlumat verəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR