İnsanlara hürriyət, millətlərə istiqlal!

"Son beş ildə 4 sosial islahat paketi icra olunub"- Nazir müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub.

Musavat.com xəbər verir ki, bunu “2018-2023: Sosial islahatlar və əldə olunan nailiyyətlər”
mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O, qeyd edib ki, 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada  2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə,  sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində  2,5 dəfə artım baş verib.

Nazir müavini əlavə edib ki, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR