Onlayn ictimai-siyasi qəzet
Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.
Bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir.
Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.
Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb.
Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb.
Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb.//report.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ