İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoltsdan miqrantlarla bağlı mühüm açıqlama: "Yalnız onlar..."

Almaniya kansleri Olaf Şolts hesab edir ki, yalnız təhsilli miqrant axını Almaniyaya yüksək ixtisaslı kadr çatışmazlığı problemini həll etməyə kömək edə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri o, Bundestaqda çıxışı zamanı bildirib.

Şolts iddia edib ki, onun hökuməti AFR sakinlərinin təhsil alması və işləməsi üçün hər şeyi edir. “Lakin kim iddia edir ki, xaricdən gələn işçi qüvvəsi olmadan tam işləyə bilərik” - deyə kansler bildirib.

"On üç milyon işləyən insan növbəti onilliyin ortalarına qədər pensiyaya çıxacaq", -  deyib. Bununla əlaqədar Şoltsa Almaniyanın hər yerində yüksək ixtisaslı mütəxəssislərin immiqrasiyasına dair artıq qəbul edilmiş qanunu tətbiq etməyə çağırıb ki, "Gürcüstandan olan bir sanitar və Hindistandan bir İT mütəxəssisi viza və ya iş icazəsi üçün aylarla gözləməli olmasın".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR