İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts Ukraynaya tank verməkdən imtina etdi - media

Almaniya kansleri Olaf Şolts Ukraynanın baş naziri Denis Şmıqalın əlavə ağır silahların verilməsi ilə bağlı müraciətini rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb.

Xəbərdə Ukrayna tərəfinin ən çox alman hərb sənayesinin qürurlarından hesab olunan ən “Leopard 2” tanklarını istədiyi qeyd olunub.

Həmin məqsədlə hələ bu ilin aprel ayında Almaniyanın Krauss-Maffei Wegmann (KMW) silah şirkətindən Ukraynaya təklif olunub. Həmin vaxt şirkət Ukraynaya ehtiyat hissələri və əsgərlər üçün təlim blokları da daxil olmaqla, ümumilikdə 1,55 milyard avro dəyərində 100 “Leopard 2A7” tankı tədarük etməyə razılıq veribmiş.

Lakin Şolts Şmıqal ilə söhbətiində "ümumi və qeyri-müəyyən" cümlələrlə həmin təklifdən qaçıb. Almaniyadakı mənbələr kanslerin tankların tədarükü ilə bağlı "heç bir istəyinin olmadığını" qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR