İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts seçkiləri uduzsa belə yenidən kansler ola bilər

Almaniyanın Sosial Demokrat Partiyası (SPD) Bundestaqa erkən seçkilərdə məğlub olsa belə, Almaniya kansleri Olaf Şoltsun yenidən hökumət başçısı olmaq şansı var.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Nəşr xatırladıb ki, Şolts əvvəllər yenidən seçilmək şansını 60% qiymətləndirib. Lakin reallıqda “Frankfurter Allgemeine Zeitung” qəzetinin dərc etdiyi sorğuya əsasən, Almaniyada seçicilərin 38%-i hələ də hansı partiyaya səs verəcəklərinə qərar verməyiblər.

Ancaq bundan asılı olmayaraq, Şoltsun ​​yenidən kansler ola biləcəyi bir variant mövcuddur:

“Bu, bir neçə partiyanın iştirakı ilə seçki nəticələrinə görə koalisiyanın yaradılmasıdır. Belə ki, “Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və Sol Partiyası 5%-lik baryeri keçib Bundestaqa daxil olmasa, problem yaranacaq. Əgər keçsələr, belə bir hakim ittifaq heç bir halda fantaziya deyil”.

Bundestaqa növbədənkənar seçkilər fevralın 23-də keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR