İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts prezident seçilməsi münasibətilə Ərdoğanı təbrik edib

Almaniya kansleri Olaf Şolts Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

AZƏRTAC “Der Spiegel” jurnalına istinadla xəbər verir ki, Almaniya federal hökumətinin mətbuat katibi Şteffen Hebeştraytın sözlərinə görə, Olaf Şolts və Rəcəb Tayyib Ərdoğan hökumətlərarası əməkdaşlığa yeni təkan vermək və ümumi məsələlər üzrə ilkin mərhələdə razılığa gəlmək barədə həmfikir olduqlarını vurğulayıblar.

Almaniya ilə Türkiyənin NATO-da sıx müttəfiq əlaqələrini diqqətə çatdıran Kansler, söhbət əsnasında digər məsələlərlə yanaşı Şərqi Aralıq dənizi, NATO və Avropa İttifaqı məsələlərində Türkiyə ilə çalışmaq istəyini bir daha vurğulayıb. Olaf Şolts, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanı Berlinə dəvət edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR