İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts: "NATO Ukraynadakı müharibəyə müdaxilə etməyəcək"

"Rusiya qonşusuna hücum etdi və müharibəni başlatdı".

APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts NATO baş katibi Yens Stoltenberqlə mətbuat konfransında deyib.

O bildirib ki, Almaniya da daxil olmaqla bir sıra ölkələr gərginliyin aradan qaldırılması və müharibədən yayınmaq üçün dialoq və danışıqlar istiqamətində səylər göstərdi, lakin Rusiya prezidenti Vladimir Putin gücdən istifadə etməyi, müharibəni seçdi.

Almaniya kansleri deyib ki, bu gün ukraynalılar müharibədən əzab çəkir, insanlar həlak olur, eyni zamanda Rusiya vətəndaşları da zərər görür.

Kansler bildirib ki, bu əsasız müharibədə ölən rus əsgərlərinə görə Rusiya Prezidenti məsuliyyət daşıyır: "Bunu hər bir Rusiya vətəndaşı bilməlidir".

Şolts deyib ki, NATO tərkibində Almaniya Ukraynanın müdafiə qabiliyyətinin güclənməsinə dəstək verir və bu dəstəyi davam etdirəcək.

"Lakin NATO bu müharibəyə müdaxilə etməyəcək", - Almaniya kansleri deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR