İnsanlara hürriyət, millətlərə istiqlal!

Şols Astanada: Tərəflər 12 sənəd imzaladılar...

Qazaxıstan hakimiyyəti qlobal enerji çatışmazlığını azaltmaq üçün Avropa İttifaqı ölkələrinə neft tədarükünü artırmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Astanada Qazaxıstan-Almaniya biznes forumunda çıxışı zamanı prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malikdir və dünya bazarlarına enerji resurslarının əsas tədarükçülərindəndir: “Qazaxıstanın neft ixracının 70 faizinin Avropa İttifaqına getdiyini nəzərə alsaq, ölkəmiz ixrac imkanlarını artırmağa və qlobal enerji çatışmazlığının azaldılmasına kömək etməyə hazırdır”.

Tokayev Almaniya istehsalı olan neft-qaz avadanlıqları və komponentlərinin respublikada lokallaşdırılmasını əsas prioritet adlandırıb: “Biz Qazaxıstanda bizim sənaye mənzərəmizə əlavə qabaqcıl texnologiyalar gətirəcək Almaniya istehsalının mövcudluğunu alqışlayarıq. Qazaxıstan bərpa olunan enerji sahəsində geniş və istifadə olunmamış, böyük oyunçuların diqqətini cəlb edən potensiala malikdir. Məsələn, Almaniyanın “Svevind Group” şirkəti Qazaxıstana 50 milyard dollar sərmayə qoyur. Layihənin məqsədi - yaşıl hidrogenin istehsalı və onun Avropa bazarına tədarüküdür”.

O xatırladıb ki, respublikanın mineral-xammal bazası 5 mindən çox tədqiq olunmamış yataqlardan ibarətdir və onların dəyəri trilyonlarla dollarla ölçülür: “Bu gün biz AB iqtisadiyyatı üçün vacib olan 34 nadir torpaq materialından 19-nu istehsal edirik. Bu səylərin bir hissəsi kimi Almaniyanın Mineral Ehtiyatlar Agentliyi və qazaxıstanlı tərəfdaşlar mühüm xammal ticarəti üçün konsorsium yaradırlar. Biz bu təşəbbüsün tezliklə praktiki həyata keçirilməsini gözləyirik. Bundan əlavə, biz HMS Bergbau-nun Şərqi Qazaxıstanda litium emalı zavodunun tikintisi üçün kəşfiyyat işləri aparmaq planlarını alqışlayırıq. Bu layihəyə investisiyalar 500 milyon dollar təşkil edəcək. Ölkənin zəngin strateji resurs bazası sənaye əməkdaşlığının genişləndirilməsi üçün çoxlu imkanlar yaradır”.

Tokayevin fikrincə, yerləşdiyi yer Qazaxıstanı Avrasiyada ticarət və logistika üçün əsas regional mərkəzə çevirir. Prezident qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) hazırda 10 milyon tonadək yükdaşıma potensialı ilə Avropaya ən qısa və etibarlı marşrutdur. Tokayev Şərq və Qərb arasında artan ticarət həcmini dəstəkləmək üçün Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi və Aİ Qlobal Gateway təşəbbüsü ilə əlaqələndirməyi təklif edib.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəhliz dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımalarını həyata keçirir.

Qazaxıstan-Almaniya biznes forumu Almaniya kansleri Olaf Şolsun Astanaya rəsmi səfəri çərçivəsində keçirilib. Tərəflər əməkdaşlığın müxtəlif sahələrinə dair 12 sənəd imzalayıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR