İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyovu qorxu bürüdü: “Tanrı qorusun, müharibədə uduzsaq...”

Rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyov “rus diversantları”nı edam etməyə çağırıb.

Jurnalist belələrinə ən ağır cəzaların verilməli olduğunu deyib.

“Onu birbaşa şkafın yanında asmaq daha yaxşıdır. Hərbi Komissarlığa yandırıcı maddə olan şüşə atdı, onu Hərbi Komissarlığın yanındakı işıq dirəyindən asmaq lazımdır. Çünki onlar təxribatçıdırlar, şeytanın xidmətçiləridirlər, nasistlərin alətləridirlər. Onlar asılmalıdır. Qəddarcasına? Çox. İllüziya olmadan”, - Solovyov bildirib.

Jurnalist həmçinin Kremlə qarşı mübarizə aparan “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun diversantlarının öldürülməsinə çağırıb.

“Onlar rus olduqlarını deyirlər? Meydanda asın. Onlar rus deyillər, virusdurlar. Atalarına, analarına qarşı çıxdılar. Titrəməyə ehtiyac yoxdur. Başa düşməliyik ki, Tanrı qorusun, bu müharibəni uduzsaq, hamımızı məhv edəcəklər”, - Solovyov əlavə edib.

Kremlin təbliğatçısı bundan əvvəl demişdi ki, nüvə ssenarisi Rusiyaya qarşı olanlar üçün “ən optimist variant”dır. O, həmçinin Ukraynanın müttəfiqlərinə qarşı nüvə silahından istifadə etməyə çağırıb. Solovyov hesab edir ki, buna heç bir şəkildə cavab verə bilməyəcəklər./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR