İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” – “Çelsi” oyunu: Milyard dolların qarşısında döyüşkən ruhun qiyməti…

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşır.

Dünya futbolunun ən yüksək bazar dəyərinə malik klublarından biri olan “Çelsi”nin hazırkı heyətinin bazar dəyəri təxminən 1 milyard 120 milyon dollar, “Qarabağ”ın heyətinin dəyəri isə 24 milyon 860 min dollar səviyyəsindədir. Musavat.com oyunda keçən 75 dəqiqəyə özət olaraq bildirir ki, kağız üzərində rəqəmlər tərəflər arasında ciddi fərq göstərsə də, oyun meydanında vəziyyət fərqlidir.

Matçın gedişində “Qarabağ” iki qol vuraraq hesabı 2:2-yə gətirib və oyunun uzun müddətində rəqibə qarşı üstün futbol nümayiş etdirib. Azərbaycan təmsilçisi müdafiə olunmaqla kifayətlənməyib, hücumda ardıcıl təşkilatlanma, meydanda nizam və taktiki intizam sərgiləyib.

Qeyd edək ki, “Qarabağ” son illərdə Avropa arenasında sabit və ardıcıl çıxışları ilə diqqət çəkir. Komanda Avropanın nəhəng klublarına qarşı oyunlarda da rəqabət qabiliyyətini sübut edib. Azərbaycanda təşkil olunan ev matçlarında isə stadionun atmosferi çox vaxt komandanın əlavə üstünlüyə çevrilib.

“Qarabağ” Zəfərimizin və millətimizin qürurunu təmsil edir və hər çıxışında yalnız idman nəticəsi deyil, həm də ölkəmizin adının yüksəldilməsi kimi mənəvi yük daşıyır. Bu məqam bir çox hallarda komandanın meydandakı döyüşkənliyinə təsir edən motivasiya faktorlarından biri kimi qeyd olunur.

Musavat.com xəbər verir ki, “Çelsi” kimi böyük büdcəli və yüksək səviyyədə komplektləşdirilmiş komanda qarşısında “Qarabağ”ın iki qol vurması təkcə idman göstəricisi kimi yox, Azərbaycan təmsilçisinin Avropa səviyyəsində rəqabət potensialının növbəti təsdiqi kimi qiymətləndirilir. Matçın yekun hesabı necə olacağından asılı olmayaraq, “Qarabağ”ın oyunda göstərdiyi performans komandanın xarakterini və Avropa səviyyəsində öz yerini tutduğunu bir daha göstərmiş olur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR