Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş Prokurorluğu “Göyçə (mətndə Sevan kimi gedir - red.) Milli Parkı”nın ərazisində yerləşən və keçmiş polis rəisi (əslində daxili işlər naziri - red.) Vladimir Qasparyanın həyat yoldaşının anasının adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı qanun pozuntuları aşkarlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli prokurorluğun rəsmi məlumatında deyilir.
Məlumata görə, Draxtik kəndi yaxınlığında yerləşən 0,74 hektarlıq torpaq sahəsində tikinti icazəsi olmadan bina inşa edilib. Eyni zamanda, 2007–2017-ci illərdə müxtəlif dövlət və yerli məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikinti və kadastr qeydiyyatları həyata keçiriblər.
Araşdırma nəticəsində torpaq sahəsi və üzərindəki binaların qanunsuz rəsmiləşdirildiyi müəyyən edilib. Baş Prokurorluğun Dövlət Maraqlarının Müdafiəsi İdarəsi məsələ ilə bağlı Antikorrupsiya Komitəsinə cinayət məlumatı göndərib və “Göyçə Milli Parkı”nın rəhbərliyinə müqavilələrin ləğvi üçün tədbir görmək barədə təqdimat göndərilib.
Musavat.com
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ