İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyov yenə Rusiya büdcəsindən milyardlar qoparır - inanılmaz xərclər

Ruisya hökuməti 2025-2027-ci illər üçün büdcə layihəsini Dövlət Dumasına təqdim edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təbliğat xərclərinin maddələrində ciddi dəyişikliklər baş verib.

“Soloviev Live” telekanalı ilk dəfə olaraq hökumətdən maliyyə alacaq. 2025-2027-ci illərdə onunla bağlı olan hüquqi şəxsə büdcədən 4,5 milyard rubl (təxminən 47 milyon dollar) ayrılacaq. 2023-cü ildə bu kanal, müxtəlif televiziya layihələri üçün Moskva Televiziya Mərkəzindən 600 milyon rubldan (6, 4 milyon dollar) çox pul alıbmış.

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə (VGTRK) çəkilən xərclər, əksinə, azaldılır. 2025-2027-ci illərdə dövlət media holdinqinin saxlanması üçün 51 milyard rubldan (543 milyon dollar) çox vəsait ayrılacaq. 2022-ci ildən 2024-cü ilə qədər bu quruma 70 milyarddan çox vəsait daxil olubmuş. Rusiyanın Birinci Kanalı isə növbəti üç il ərzində 15 milyard (159 milyon dollar) alacaq.

Kremlin beynəlxalq aləmdə qara təbliğat maşını sayılan “Russia Today” hökumətin maliyyələşməsinə görə lider olaraq qalıb. Marqarita Simonyanın kanalına üç il ərzində büdcədən təxminən 79 milyard rubl (841 milyon ABŞ dolları!) alacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR