İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! Bəşəriyyət TƏHDİD altında - Münaqişə və ölüm alovlanır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş rəqəmsal məkanda nifrət və yalanın yayılmasının ciddi qlobal problemə səbəb olduğunu deyib.

Musavat.com xəbər verir ki, Quterreş hökumətləri, texnologiya şirkətlərini və digər maraqlı tərəfləri tədbir görməyə çağırıb. O, xüsusilə süni intellektlə bağlı xəbərdarlıq edib.

BMT-nin baş katibi rəqəmsal dünyada dezinformasiyanın dağıdıcı təsir göstərdiyini bildirib.

O, BMT-nin rəqəmsal platformalarda informasiya bütövlüyü ilə bağlı dərc etdiyi hesabatın beynəlxalq reaksiya üçün çərçivə yaratdığına diqqət çəkib:

“Süni intellektin ortaya çıxması bizi rəqəmsal texnologiyanın artıq dünyamıza vurduğu zərərdən yayındırmamalıdır. Rəqəmsal məkanda nifrət və yalanın yayılması ciddi qlobal ziyana səbəb olur. Münaqişə, ölüm və məhvi alovlandırır. Demokratiyanı və insan haqlarını təhdid edir. Bu görüşdəki tövsiyələr insan hüquqlarını güclü şəkildə qoruyur, rəqəmsal məkanı daha təhlükəsiz və daha əhatəli etmək məqsədi daşıyır. Davranış kodeksi hökumətlərin, rəqəmsal platformaların və digər maraqlı tərəflərin könüllü şəkildə həyata keçirəcəyinə ümid etdiyimiz prinsiplər toplusu olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR