İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK PLAN: Rusiya Qarabağda referendum keçirmək istəyir - Putinin danışmanı Bakıya meydan oxudu – İlham İsmayılla “Canlı debat”

Kremlin danışmanlarından sayılan ekspert, Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin üzvü, Rusiya EA-nın Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun direktoru Fyodor Voytolovski Azərbaycan əleyhinə çərənləyib, ərazi bütövlüyümüzə dil uzadıb.

Belə ki, erməni mediasına müsahibəsində o, Kremlin “kartlarını” açaraq deyib: “ABŞ-ın bu məsələdə mövqeyi birmənalıdır - onlar Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyırlar. Rusiya isə məsələdə daha çevik mövqe tutur. Yəni mən ABŞ və Rusiyanın Qarabağın Azərbaycan torpağı olması haqda eyni mövqeyə malik olması fikri ilə razı deyiləm. DQR-in statusu danışıqlar və Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum (! – red.) yolu ilə həll edilməlidir. Bu, ABŞ və Avropa İttifaqının mövqeyindən ciddi şəkildə fərqlənir”.

Görəsən, hansı referendumdan dəm vurur bu cənab? Doğrudanmı o düşünür ki, Rusiya Azərbaycanı ikinci saxta erməni “dövlətinin” yaradılmasına məcbur edə bilər? Hər şey qırağa, bəs Putinin imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsi necə olsun? Yoxsa Moskva artıq bu sənədi də unudub? Nəhayət, Voytolovskinin mövqeyini nə dərəcədə rəsmi Kremlin mövqeyə yaxın saymaq olar?

Yada salaq ki, 31 oktyabr Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Putinlə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ konfliktinin artıq tarixdə qaldığını bildirib. Bunun üstündən Kreml yenəmi Qarabağda separatçı layihələri (“Rus icması”, Vardanyan layihəsi və s.) irəli aparmağa çalışacaq?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR