İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK OLAY: Torpağından 150 ton qızıl çıxdı - Dövlət əlindən aldı

Fransanın Overn-Ron-Alp bölgəsində yaşayan 52 yaşlı fermer Mişel Dupontun torpaq sahəsində dəyəri təxminən 4 milyard avro olan 150 tondan çox qızıl aşkarlanıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yeraltı sərvətlərin dövlətə məxsus olması səbəbilə fransız fermerə bu sərvətdən bir qəpik də çatmayacaq.

"Torpağımda adi bir yoxlama aparırdım. Birdən qəribə bir parıltı gördüm. Bir az daha dərinə qazdıqda, əlimdə tutduğum şeyə inana bilmədim", - deyə fermer bildirib.

Əraziyə çağırılan geoloqların apardığı araşdırmalar nəticəsində sahənin altında dəyəri təxminən 4 milyard avro olan 150 tondan çox saf qızılın olduğu təsbit edilib. Rəsmilər bunun "ölkədə son illərdəki ən böyük qızıl kəşflərindən biri" olduğunu bildiriblər.

Qanuna görə, yeraltı sərvətlərin dövlətə məxsus olması səbəbilə Duponta qızılı çıxarmağa icazə verilməyib. İqtisadçılar hesab edirlər ki, qızıl yatağının işlənməsi yüzlərlə insana iş imkanı yaradacaq və mühüm sərmayələr cəlb edəcək. Ekoloqlar isə suyun çirklənməsi, nəqliyyatın artması və meşələrin qırılması kimi risklər barədə xəbərdarlıq ediblər.

Torpaq altındakı qızılın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Bildirilib ki, Fransa hökuməti məsələni hərtərəfli qiymətləndirir, lakin hələlik yekun qərar verilməyib.

"Mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm. Dövlət hər şeyi alacaqsa, mənə təzminat ödəməlidir. Qanun ümumi dəyərin 0,5 faizi həcmində təzminat nəzərdə tutur", -  qərara etiraz edən Dupont deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR