Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin məlumatına görə, 2020-ci ildən bu yana İrəvan-Bakı və Bakı-İrəvan arasında ümumilikdə 66 dövlət reysi həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu sensasion məlumat Sputnik Ermənistan-a nazirlik tərəfindən göndərilən rəsmi cavabda təsdiqlənib.
Xüsusilə, 11 dekabr 2024-cü ildə İrəvan-Bakı istiqamətində beynəlxalq şirkət tərəfindən sifariş olunan çarter reysi həyata keçirilib. Nazirlik bildirib ki, bu reys heç də ilk olmayıb.
“Son 5 ildə beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə 66 dövlət reysi yerinə yetirilib,” – deyə nazirlik açıqlamasında vurğulayıb.
Qeyd edək ki, bura vaxtı ilə Qarabağda fəaliyyət göstərən sülhməramlıların rəhbərliyinin gəlib-getməsi, beynəlxalq səviyyədə tanınmış simaların hər iki ölkə arasında uçuşlar həyata keçirməsi daxildir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ