İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA! Zelenski ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyir

ABŞ-ın Fox News televiziya kanalında canlı yayımlanan verilişdə aparıcı Taker Karlson Ukrayna prezidenti Zelenski haqqında inanılmaz ifadələr səsləndirib.

Musavat.com xəbər verir ki, Karlson Ukrayna liderini korrupsioner diktator adlandırıb.

"Zelenski ABŞ vergi ödəyicilərindən pul tələb edən korrupsioner diktatordur. O, ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyir. Yardım Əfqanıstanda hər il xərclədiyimizdən iki dəfə çoxdur. Bu adam kimdir? Korrupsioner Ukrayna diktatoru. O, bu cürəti haradan alır?"

Verilişin qonağı, ABŞ-ın keçmiş xüsusi əməliyyat pilotu L. Todd Vud Zelenskinin siyasi karyerasının ukraynalı milyarder İqor Kolomoyski tərəfindən maliyyələşdirildiyinə, lakin sonradan oliqarxın sərvətinin müsadirə edildiyinə diqqət çəkib:

"İndi onun daha böyük, daha vacib, daha güclü və daha zəngin bir xeyriyyəçisi var. Bu xeyriyyəçi Bayden administrasiyasıdır".

Rusiyanın RT News saytı Vaşinqtonun bu il Ukraynaya 70 milyard dollara yaxın hərbi və iqtisadi yardım etdiyini yazıb.

ABŞ-in Wall Street Journal (WSJ) nəşri isə Ukraynaya edilən yardımla bağlı Vaşinqtonda yaranan narahatlıqdan bəhs edib.

WSJ konqres və hökumət rəsmilərinə istinadən xəbər verir ki, ABŞ hökumətinin Ukraynanı silahlandırmaq siyasəti Tayvana silah göndərilməsində gecikmələri daha da artırır.

Qəzet iddia edir ki, Vaşinqton Kiyevə hərbi yardımın Tayvana zərər verəcəyindən narahatdır.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR