İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok iddia: Laçından getməyən ermənilər Azərbaycan vətəndaşı olacaqlar - Elşad Musayevlə CANLI

Ermənistanın “Hraparak" nəşri yazıb ki, Azərbaycan Laçın və Zabuxda yaşayan ermənilərin çıxarılması tələbini qoymayıb. Rəsmi Bakı hər iki məntəqədə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, evlərində qala biləcəklərini çatdırıb.
Avqustun 22-dən etibarən Laçın, Zabux və Sus kəndinə elektrik, qaz və su verilişi dayandırılacaq. Laçın yolu ilə Ermənistan sərhəddinin birləşməsində Azərbaycan tərəfinin Gömrük Nəzarət-Buraxılış Məntəqəsi olmayacaq.
Sənədlərin və avtomobillərin yoxlanılmasını rus sülhməramlıları həyata keçirəcək. Köhnə yolun üzərində yerləşən və Ermənistandan Qarabağa çəkilmiş qaz, elektrik və rabitə xətlərinin yeri dəyişdirilməyəcək. Onlara texniki baxımı və təhlükəsizliyi Azərbaycan həyata keçirəcək.
“Strateji əhəmiyyət kəsb edən mövqeləri maneəsiz nəzarətinə alan Azərbaycan, Qarabağ və Ermənistan istiqamətində irəliləyir”. Bu sözlərin müəllifi erməni hərbi ekspert Van Hambardzumyandır.

Onun sözlərinə görə, Qarabağda vəziyyət aydındır. “Son hadisələr zamanı Azərbaycanın Qarabağdakı hərbi hissələri vurması təsdiq edir ki, üstünlük onlardadır. Eyni zamanda, Azərbaycan silahlanmağa davam edir, biz isə sülhə hazırlaşırıq”.

Ekspertin fikrincə, Azərbaycan heç vaxt sakitləşməyəcək və hücumçu yanaşmasını dayandırmayacaq. “Onlar bu barədə açıq danışırlar. Laçından sonra onlar Naxçıvandan yavaş-yavaş, lakin aydın şəkildə Kərkiyə doğru irəliləyəcəklər.
Xankəndi istiqamətində də vəziyyəti sərtləşdirəcəklər. Fikrimcə, növbəti hədəf anklavlardır. Bu, baş verərsə, biz İrəvandan Cermuka birbaşa gedə bilməyəcəyik”.
TVMusavat-ın saat 15:00-da canlı efirində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə bölgədəki prosesləri müzakirə edirik. Müzakirəyə qatıla bilərsiz.

Facebook səhifəsinin ünvanı:

 

 

 https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR