İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HESABAT: "Ciddilik vaxtıdır" - Rusiya bu ölkəyə hücum edə bilər

"Hazırda Rusiya ordusunun Ukraynadakı münaqişəyə cəlb olunmasına baxmayaraq, Rusiyanın İsveçə qarşı silahlı təcavüzü ehtimalı var. Rusiya hələ də İsveçə qarşı hərbi əməliyyatlar aparmaq üçün resurslara malikdir".

Bu barədə İsveçin SVT nəşri məlumat yayıb.

Bildirilir ki, hesabat "Allvarstid" (İsveç dilindən tərcümədə - "Ciddilik vaxtıdır") adlanır.

Nəşrin mənbələri iddia edir ki, bu ad birbaşa olaraq İsveçin indiki kimi ciddi təhlükəsizlik təhlükəsi ilə üzləşdiyi 1939-1945-ci illəri nəzərdə tutur.

"Hazırlıq zamanı ümumi düşüncə belə idi ki, bu, indi təcili təhlükədir. Ümid edirik ki, bu hesabat müdafiə strukturlarına ciddi bir zaman olduğunu, indi işə başlamağın vaxtı olduğunu bildirəcək", - nəşrin mənbələri mesaj veriblər.

Hesabatda vurğulanır ki, Rusiya quru qoşunları hazırda Ukraynadakı münaqişədə fəal iştirak edir. Lakin buna baxmayaraq, hesabatda əvvəlki kimi, İsveçə qarşı Rusiyadan hərbi təhdidlərin hələ də qaldığı qeyd edilir.

"Rusiya hərbi gücdən istifadə həddini daha da aşağı salıb. Siyasi və hərbi riskə yüksək meyl nümayiş etdirir. Rusiyanın İsveçə qarşı hava, dəniz, uzaq mənzilli və ya nüvə əməliyyatları aparmaq qabiliyyəti dəyişməz olaraq qalır. Rusiyanın həmçinin xüsusi təyinatlılarla əməliyyat aparmaq imkanı var", - hesabda deyilir.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR