Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səadət Partiyasının sabiq sədri Təməl Karamollaoğluna qarşı açdığı iddia çərçivəsində 70 min lirə mənəvi təzminat qazanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında paylaşım edərək bildirib ki, Təməl Karamollaoğlunun 22 fevral 2024-cü il tarixində bir televiziya proqramında səsləndirdiyi fikirlərə görə, Ankara 27-ci Asliye Məhkəməsi onun prezident Ərdoğana 70 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
“Təməl Karamollaoğlunun 22 fevral 2024-cü ildə bir televiziya kanalında Prezidentimizi mərhum Nəcməddin Ərbakanı həbs etdirməyə çalışmaqda və evini polis qüvvələri ilə mühasirəyə alaraq onu nüfuzdan salmaqda ittiham etməsi səbəbilə qaldırdığımız mənəvi təzminat iddiasında, Ankara 27-ci Asliye Məhkəməsi Prezidentimiz xeyrinə 70 min TL mənəvi təzminat ödənilməsinə hökm etdi”, - vəkil paylaşımında yazıb.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ