İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK AÇIQLAMA: İran nüvə bombası ilə bağlı QƏRAR VERMƏYİB - 15 gün ərzində...

ABŞ-ın kəşfiyyat agentlikləri bildirirlər ki, İran nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran toplamasına baxmayaraq, hələ də belə bir qərar qəbul etməyib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Rəsmilər idda edir ki, İsrailin zərbələri İranın nüvə obyektlərini hədəf almasına baxmayaraq, bu qiymətləndirmə mart ayından bəri dəyişməz qalır.

ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmiləri xəbərdarlıq ediblər ki, əgər ABŞ İranın Fordo zənginləşdirmə obyektinə hücum etsə və ya İsrail Ali Lider Əli Xameneini öldürsə, Tehran nüvənin hərbiləşdirilməsinə yönələ bilər. Lakin bu istiqamətdə işlərin başladığına dair hələlik heç bir sübut yoxdur.

İsrail kəşfiyyatına görə, İran cəmi 15 gün ərzində nüvə bombası hazırlaya bilər. Ancaq ABŞ rəsmiləri bu fikrə şübhə ilə yanaşır və bu prosesin aylarla, hətta bir il çəkəcəyini düşünürlər.

ABŞ rəsmilərindən bəziləri İsrailin bu iddialarını siyasi motivli hesab edir və bunu Vaşinqtonu hərbi müdaxiləyə razı salmaq məqsədi daşıyan bir təzyiq vasitəsi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR