İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəzada ölən piyadanın kimliyi məlum oldu - VİDEO

Bu gün Heydər Əliyev prospektində baş verən qəza zamanı dünyasını dəyişən piyadanın kimliyi məlum olub.

Musavat.com xəbər verir ki, qəza zamanı dünyasını dəyişən şəxs 40 yaşlı Namiq Süleymanovdur.

Qəzadan sonra Namiq Süleymanov yaxınlıqdakı Yeni Klinikaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

N.Süleymanovun nəşi ailəsinə təhvil verilib. O, subay idi.

Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Videogörüntülərdə görünür ki, iki piyada avtomobillərin intensiv hərəkət etdiyi yolun keçid olmayan hissəsindən keçməyə çalışır. Piyadaları son anda görən avtomobil manevr edərək qəzadan yayınmaq istəsə də mümkün olmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR