Onlayn ictimai-siyasi qəzet
Musavat.com "Azadlıq Radiosu"nun saytına istinadən xəbər verir ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan edib.
ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda sanksiyaların məqsədinin Rusiyanın Ukraynada qanunsuz müharibə aparmaq üçün onun hərbi imkanlarını məhdudlaşdırmaq olduğu bildirilib.
Sanksiyalar Rusiya ilə yanaşı Çin, Azərbaycan, Türkiyə, Belçika və BƏƏ-dəki şirkətlərə də tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin saytında Azərbaycandan sanksiya tətbiq olunan şirkətin "Lahıc Energy" MMC olduğu açıqlanıb. Şirkətin 2023-cü ildə ABŞ sanksiyaları altında olan Rusiyaya texnologiya istehsalçıları adından biznes aparmağa cəhd etdiyi bildirilib.
Ümumilikdə sanksiya siyahısı 29 fiziki və 250-dən çox hüquqi şəxsi əhatə edib. Türkiyədən siyahıda 17 şirkət yer alıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ